Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 598,8 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
İndex.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.
Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 2,7 % artaraq 1 270 manat olub.
