"Fənərbağça"da 15 aylıq macərasını başa vuran əfsanəvi portuqaliyalı baş məşqçi Mourinyonun yeni ünvanı məlum olub.
İndex.az xəbər verir ki, Joze Mourinyo görüşdüyü klublardan yüksək maaşlar tələb edib və onun Rusiyada işləməyə son dərəcə açıq olduğu bildirilir.
Joze Mourinyonun Rusiya klubları ilə ilkin danışıqlar apardığı deyilir. Mourinyonun Rusiyada işləməyə açıq olduğu və texniki komandası üçün minimum iki illik müqavilə və zəmanətli illik 20 milyon avro maaş tələb etdiyi vurğulanıb.
Qeyd edək ki, təcrübəli məşqçi UEFA Çempionlar Liqasının seçmə mərhələsində "Fənərbağça"nın "Benfika"ya 0:0, 0:1 hesablı məğlubiyyətindən sonra qovulub.
Mourinyonun yeni komandasından maaş tələbi təəccüb doğurdu
2025-09-03 10:18
Oxşar xəbərlər
Rauf Vəliyev vəzifəsindən azad edilib - SƏRƏNCAM
2026-01-16 17:12
İranda etirazlarda 3 min nəfər həbs edilib
2026-01-16 15:59
Zelenski: Bəzi məsələlərdə ABŞ ilə eyni mövqedə deyilik
2026-01-16 16:48
Naxçıvanın ixracı 28%-dən çox artıb
2026-01-16 17:46
