“Moody's Analytics” bank sektorundakı qarışıqlıq səbəbiylə gələn həftə FED-dən faiz artımı gözləmir.

İndex.az xəbər verir ki, “Moody's Analytics”in Baş İqtisadçısı Mark Zandi ABŞ Federal Ehtiyat Sisteminin mart ayında keçiriləcək iclasında artan qeyri-müəyyənliklər səbəbindən uçot dərəcələrini artırmayacağı ilə bağlı proqnoz verib.

Son bir neçə gündə bank sektorunda yaşanan problemlərin pul siyasəti qərarını da təsir edəcəyini ifadə edən Zandi, son günlərdə bank sistemini və bazarları pozan bank uğursuzluqlarının FED üzvlərinin diqqətini çəkdiyini bildirib.

Yüksək qeyri-müəyyənliklərin olduğunu və FED-in ehtiyatlı davranacağını ifadə edən Zandi, gələn həftə faiz artımı gözləmədiyini qeyd edib.

Zandi açıqlamasında bildirib ki, ABŞ-da dünən açıqlanan fevral inflyasiyası gözləntilərə uyğun idi və hazırda inflyasiya mülayimləşərək düzgün istiqamətdə irəliləyir:

"FED fasilə verərək bank sektorunun faiz artımına reaksiyasını və faiz artımının ümumi iqtisadiyyata təsirlərini izləməlidir. İnflyasiya davam etdiyi halda isə, may ayında faizləri yenidən yüksəltməlidir.