ABŞ-ın Detroyt şəhərində yerli sahibkar Darrell Tomasın xatirəsinə helikopterdən minlərlə dollar nağd pul atılıb.
Index.az xəbər verir ki, qeyri-adi aksiya Tomasın son arzusu ilə təşkil edilib - o, bu yolla şəhər sakinlərinə və öz icmasına minnətdarlığını bildirmək istəyib. Onun qardaşı qızı bildirib ki, bu, "əmimin həyatında əhəmiyyət daşıyan hər kəsə təşəkkür etmək" üçün atılmış addım idi.
Tədbirində Tomasın oğlu da iştirak edib. O qeyd edib ki, atası bölgədə böyük hörmət qazanıb, həmişə ailəsini və icmasını ön planda tutub: "Detroyt, bəlkə də atamın kim olduğunu bilmirsiniz, amma o böyük insan idi. O, əsl əfsanə idi".
Minlərlə dolları helikoptertdən səpdilər
2025-07-04 03:19
Oxşar xəbərlər
Neftimizin qiyməti 66 dolları ötüb
2025-11-29 11:03
Manatın dövretmə sürəti oktyabrda artıb
2025-11-29 10:31
Britaniya Ukraynaya 10 milyon funt-sterlinq ayıracaq
2025-12-03 14:02
