"Microsoft" bir neçə həftə öncə buraxılmış "Windows 10 KB5034441" yeniləməsindəki problemləri həll edə bilməyəcəyini təsdiqləyib.
İndex.az xəbər verir ki, istifadəçilər “0x80070643 - ERROR_INSTALL_FAILURE” problemini özləri həll edəcəklər.
Belə ki, "Windows 10 KB5034441" yeniləməsini quraşdırarkən rast gəlinən xəta mesajı əslində bərpa bölməsində kifayət qədər yer olmaması ilə əlaqədardır.
Bu yeniləmənin uğurla quraşdırılması üçün bərpa bölməsində 250 meqabayt boş yer tələb olunur.
Əgər boş yer yoxdursa, yeniləmə uğursuz olacaq. "Microsoft" gələcək "Windows" yeniləməsində bu məkanı avtomatik olaraq yaratmayacağını bildirib.
