"Microsoft"un baş direktoru Satya Nadellanın 2024-cü maliyyə ili üçün təzminatı səhm mükafatları hesabına 63% artaraq 79,1 milyon dollara çatıb.

İndex.az xəbər verir ki, bu artım texnologiya nəhənginin bazar dəyərinin 3 trilyon dolları keçməsi ilə baş verdi.

Nadella 2023-cü ildə 48,5 milyon dollar qazanıb, səhm mükafatları isə keçən il 39 milyon dollardan 71 milyon dollara yüksəldi.

30 iyun 2024-cü il tarixində başa çatan maliyyə ili ərzində "Microsoft"un səhmləri təxminən 31,2% artıb. Şirkət "OpenAI"a qoyduğu sərmayələrlə süni intellekt sahəsində mühüm mövqeyə malikdir.

Nadellanın pul mükafatları bu il 5,2 milyon dollara qədər azalsa da, əvvəlki il 10,7 milyon dollara yüksəlib. Baş direktor maliyyə ili ərzində kibertəhlükəsizlik pozuntuları səbəbindən bu təşviqin azaldılmasını tələb etdi.

Digər texnologiya şirkətlərinin baş direktorları ilə müqayisədə "Apple"in baş direktoru Tim Kuk 2023-cü ildə 63,2 milyon dollar qazanıb. "Nvidia"nın baş direktoru Jensen Huang 2024-cü maliyyə ilində 34,2 milyon dollar təzminat alıb.