Yaranmasından cəmi dörd ay keçməsinə baxmayaraq, "Microsoft" 100 nəfərlik "metaverse" komandasını işdən çıxardıb.
İndex.az xəbər verir ki, "Microsoft", "OpenAI"a sərmayə qoyduqdan sonra daha çox süni intellektə diqqət yetirmək üçün "metaverse" komandası ilə yollarını ayırıb.
Bununla yanaşı 2013-cü ildə Erik Romo tərəfindən qurulan və 2017-ci ildə "Microsoft" tərəfindən alınan sosial virtual reallıq platforması "AltspaceVR" də bağlanıb.
"Microsoft" “Microsoft HoloLens” qulaqlıqları üzərində işləyən işçilərini də ixtisar edib.
