"Microsoft" yenilənmiş axtarış sistemini necə pul qazanmağı planlaşdırdığını reklam agentlikləri ilə müzakirə etməyə başlayıb.

İndex.az xəbər verir ki, "Microsoft" böyük bir reklam agentliyi ilə görüşdə neyron şəbəkənin cavablarına reklam linklərinin daxil edilməsinə icazə verməyi planlaşdırdığını bildirib.

"Reuters"un məlumatına görə, şirkət artıq "Bing" çatbotunda reklamları sınaqdan keçirir.

Belə ki, reklamlar "Bing"in cavablarına daxil ediləcək. Məsələn, istifadəçi öz ərazisində ən yaxşı otelləri soruşduqda, neyron şəbəkəsi "Microsoft"a ödənişli reklam təklif edən otellərin adlarını verəcək. Şirkət hətta bununla bağlı ilk addımı da atıb.

"Bing"in çatbotundan avtomobilin hava filtrinin qiyməti soruşulduqda, o, avtomobil hissələri satan "Parts Geek" adlı e-ticarət saytının nəticələrini göstərir.