"Financial Times" tərəfindən dərc edilən yeni hesabata görə, "Metaverse"ə qoyulan investisiyalar dayanıb.
İndex.az xəbər verir ki, "Financial Times"in müxbiri Cemima Kellinin məlumatına görə, investorlar mövzuya marağın azalması səbəbindən "Metaverse" layihələrə investisiya qoymağı dayandırıblar.
"Financial Times"a görə, "Meta"nın yerli investorları da "Metaverse" ideyasını bəyənmirlər.
Google "Trends"ə görə, "metaverse" sözü ilə sorğuların sayı il ərzində 80% azalıb. "Meta Quest virtual" reallıq qulaqlıqları istehsal edən "Reality Labs" 2022-ci ili 13,7 milyard dollarlıq əməliyyat itkisi ilə bağlayıb.
Həmçinin, "Meta"nın "Metaverse" üzərində işləmək üçün təxminən 10.000 işçini işə götürmək layihəsi də dayandırılıb.
Milyarder Bil Qeyts də əvvəllər "Metaverse"nin inkişafına qarşı çıxıb. Onun üçün "Metaverse" yenilikçi bir şey deyildi.
