İlon Maskın "Twitter"i satın aldıqdan sonra daha da populyarlaşması sosial media nəhəngi "Meta"nı işə salıb.

İndex.az xəbər verir ki, "Meta", mərkəzləşdirilməmiş sosial proqram üzərində işlədiyinə dair xəbərləri təsdiqləyib.

Açıqlamada hazırlanan mərkəzləşdirilməmiş tətbiqin kod adının "P92" olduğu da bildirilib.

Mərkəzləşdirilməmiş strukturu ilə yeni platforma "Twitter" ilə rəqabəti növbəti səviyyəyə qaldıra bilər. "P92" kod adlı bu yeni mərkəzləşdirilməmiş proqram inkişaf mərhələsindədir. İstifadəçilərin tətbiqə "Instagram" vasitəsi ilə daxil olmağa imkan verəcəyi gözlənilir.

"Meta" tərəfindən təsdiqlənən layihənin nə vaxt yayımlanacağı ilə bağlı heç bir təfərrüat verilməyib. "Platformer" tərəfindən yayımlanan hesabatda layihəyə "Instagram" prezidenti Adam Mosserinin nəzarət edəcəyi bildirilib. Hesabata görə, şirkət tətbiqi ictimaiyyətə təqdim edilməzdən əvvəl ilkin məxfilik problemlərini həll etmək üçün hüquq departamentini cəlb edib.