İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində tanınmış simalar da daxil olmaqla bir neçə ictimai xadimə qarşı narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə əməliyyat keçirilib.

İndex.az xəbər verir ki, İstanbul İl Jandarma Komandanlığının qrupları tərəfindən keçirilən əməliyyat çərçivəsində Hadisə Açıkgöz, Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evqar Babataş, Zeynep Meriç Aral Keskin, Meriç Feyçioğlu, Altun Özıza, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger və Ceren Moray Orcan ifadələri və qan nümunələri üçün İstanbul İl Jandarma Komandanlığına aparılıb.

İstintaq bəzi şübhəlilər tərəfindən narkotik istifadəsi ilə bağlı əldə edilən sübutlar əsasında başlanıb. Məşhur adlarla bağlı jandarmada əməliyyatların davam etdiyi və ifadə prosesindən sonra məhkəmə prosesinin tamamlanacağı bildirilib.