ABŞ-ın yük nəhənglərindən biri olan "FedEx" "daha səmərəli" bir şirkət olmaq üçün işçi heyətinin 10%-dən çox azaldacağını açıqladı.
İndex.az xəbər verir ki, "FedEx" CEO-su Raj Subramaniam işçilərinə göndərdiyi yazıda çevik, səmərəli və ağıllı tədarük zənciri yaratmaq üçün yeni dəyişim planına başladıqlarını xatırladaraq, şirkətin rəqabətədavamlı qalmasını təmin etmək məqsədilə bəzi qərarların alındığını bildirdi.
Bəzi komandaların və onların funksiyalarının birləşdirildiyini bildirən Subramaniam zabit və menecer qrupunun 10%-dən çox ixtisar edildiyini qeyd etdi.
Subramaniam işçilərin sayının azaldılmasının "daha səmərəli və çevik" bir təşkilat olmaq üçün zəruri bir addım olduğunu vurğuladı.
