"Meqa Sığorta" 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, "Meqa Sığorta"nın aktivləri 2023-cü il ərzində artıb.

Belə ki, "Meqa Sığorta"nın aktivləri 2023-cü ilin əvvəlinə nəzərən 8.200 milyon manat artaraq 51.712 milyon manata yüksəlib.

Qeyd edək ki, ötən ilin əvvəlində şirkətin aktivləri 43.512 milyon manat təşkil edib.

2023-cü il ərzində "Meqa Sığorta"nın sığorta haqları 33.856 milyon manat olub.

Ötən ilin əvvəlində şirkətin sığorta haqlarının 21.129 milyon manat olduğunu nəzərə alsaq, 12.727 milyon manat artımın olduğunu görərik.

2023-cü ildə "Meqa Sığorta"nın sığorta ödənişləri 2.220 milyon manat artaraq 8.969 milyon manata yüksəlib.

Hesabat dövrünün əvvəlində bu göstərici 6.749 milyon manat olub.

2023-cü il ərzində "Meqa Sığorta"nın cəmi kapital 1.033 milyon manat azalaraq 30.392 milyon manatdan 29.359 milyon manata enib.

Şirkətin nizamnamə kapitalı hesabat dövrü ərzində dəyişməyərək 23 milyon manat olub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə, 9%-i isə Yaşar Əliyevə məxsusdur.