Meksikanın cənubundakı Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 13 nəfər ölüb.
İndex.az xəbər verir ki, Meksika prezidenti Klaudiya Şeynbaum hadisə ilə bağlı sosial şəbəkədə məlumat verib.
"Dəniz Qüvvələri Nazirliyi mənə bildirdi ki, okeanlararası qatar qəzası nəticəsində təəssüf ki, 13 nəfər həlak olub. 98 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır", - o yazıb.
Meksika Hərbi Dəniz Qüvvələri qatarda 9 ekipaj üzvü və 241 sərnişin də daxil olmaqla 250 nəfərin olduğunu açıqlayıb.
Hadisə Çivela və Nizanda şəhərləri arasında baş verib. Meksika Baş Prokurorluğu artıq araşdırmaya başlayıb.
