"McKinsey" müştərilərlə birbaşa işləməyən təxminən 2000 nəfəri işdən çıxarmağı planlaşdırdığını söylədi.

İndex.az xəbər verir ki, son on ildə kadrların sürətli artımını müşahidə edən konsaltinq şirkəti "McKinsey & Co", dəstək qruplarını yenidən strukturlaşdırmaq yollarını axtarır.

Müştəriləri üçün işçilərin ixtisarı planları hazırlamaqla tanınan "McKinsey", indiyə qədərki ən böyük ixtisar qərarı ilə 2000-ə yaxın iş yerini ixtisar etməyi planlaşdırır.

"Bloomberg"in məlumatına görə, əsasən müştərilərlə birbaşa işləməyən işçilərin işdən çıxarılacağını və ixtisar planının yaxın həftələrdə bəlli olacağını bildirib.

Şirkətin 2021-ci ildə 15 milyard dollarlıq rekord gəlir əldə etmişdi və 2022-ci ildə bu rəqəmi keçdiyi bildirib. 2012-ci ildə 17 min işçisi olan şirkət, beş il əvvəl işçi sayını 28 minə yüksəltmişdi.