Milyarder investor Mark Mobyes Çin hökumətinin ölkədən pul axınını məhdudlaşdırdığını iddia edib.

İndex.az xəbər verir k, Mobyes Honkonq qəzeti “Ming Pao”ya verdiyi müsahibədə Çin hökumətinin "gülünc" sənədləşmə tələbləri səbəbindən daşınmaz əmlak alqı-satqısı üçün “Şanxay HSBC”dən təxminən 3 milyon yuanı geri çəkməkdə çətinlik çəkdiyini söyləyib.

Miobius, Çin hökumətinin pul axınını məhdudlaşdırmağa çalışdığını və Çinə investisiya edərkən çox diqqətli olmalarını bildirib.

Pul köçürməsinin təfərrüatları aydın olmasa da, Çindəki digər yerli və xarici investorların da oxşar problemlərlə üzləşdiyi bildirilir.

Ölkədə kapital axınına qoyulan məhdudiyyətlər digər inkişaf etməkdə olan iqtisadiyyatlarla müqayisədə daha sərtdir.

Bu son hadisə xarici investorları cəlb etmək istəyən Pekin hökumətinə problem ola bilər.

Çin hökuməti cavab olaraq Mobyesin iddialarını təkzib edib və xaricə sərmayə transferlərində heç bir dəyişiklik olmadığını bildirib.