Bu gün saat 23:00-da “Mançester Yunayted” Avropa Liqasının 5-ci turu çərçivəsində "Old Trafford"da "Şerif"i sınağa çəkəcək. Ötən mövsüm Çempionlar Liqasında "Real Madrid" üzərində qələbə qazanmağı bacaran "Şerif" "Xəyalların teatrı"nda da surpriz edə biləcəkmi? Proqnozumuzla tanış olaq.

MANÇESTER YUNAYTED

"Mançester Yunayted" Avropa Liqasına evdə "Real Sosyedad"a 0:1 hesablı məğlubiyyətlə başladı. Lakin bu uğursuzluq komandanın turnirdəki motivasiyasına təsir etmədi. Növbəti 3 turda “qırmızı şeytanlar” 9 xal qazandı. Erik Ten Haqın komandası qrupda ikinci yeri tutur və “Real Sosyedad”dan 3 xal geri qalır.

"Mançester Yunayted" bu mövsüm Premyer Liqaya da pis başlamış və ilk 2 oyunda 2 məğlubiyyət almışdı. Lakin sonra toparlanan "mankunyanlar" 9 oyunda 6 qələbə qazanıb? 2 heç-heçə etdilər. Bu mövsümdə keçirdiyi derbilərdə yalnız Mançesterin mavi tərəfinə məğlub olublar. "Tottenhem"i, "Liverpul"u və lider "Arsenal"ı məğlub edərək son turda 94-cü dəqiqədə qol vurub "Çelsi" ilə heç-heçəyə razışlaşdılar.

İtkilər: Antoni Marsial, Rafael Varan.

ŞERİF

"Şerif" çox çətin qrupa düşdü, burada "Real Sosyedad" və "Manchester United"i məğlub etmək demək olar ki, mümkün deyil. Nəticədə sensasiya baş vermədi və Stefan Tomaşın komandası qrupda keçirdiyi 4 oyundan 3-də məğlub oldu. Bununla belə, eyni zamanda “sarı-qaralar” Konfrans Liqasının pley-offuna şanslarını qoruyub saxlayır. Qrupda dördüncü yerdə “Omoniya” 3 xal geridədir və hər şey böyük ehtimalla son turda kiprlilərlə görüşdə həll olunacaq.

İtkilər: Armel Junior Zohouri

PROQNOZ

“Mançester Yunayted” bu gün pley-offa vəsiqəni təmin edə bilər. Eyni zamanda bugünkü qələbə son turda "Real Soseydad"la qarşılaşmada qrup liderliyini ələ keçirməyə fürsət yaradacaq. Bunun üçün "qırmızı şeytanlar" evdə "Şerif"i məğlub etməlidir. Heyətlər arasındakı kefiyyət fərqini nəzərə alsaq, "Mançester Yunayted"in şansı böyükdür. Ona görə də, məğlubiyyətə inanmağa dəyməz.

ilk proqnozumuz "Mançester Yunayted"in qələbəsi + 1.5 ÜST - 1.24

"Mançester Yunayted" bu gün əsas heyətlə oynamayacaq. Erik Ten Haq bugünkü oyunda bir çox ehtiyat oyunçularına şans verəcək. Meydan sahibləri çox güman ki,qələbə qazanacaqlar, lakin bol qollu qarşılaşmanı gözləmək mənasızdır. “Qırmızı şeytanlar” əlavə qüvvə sərf etmədən oyunu qazanmağa çalışacaq. Çünki onlar bu ay ərzində artıq 7 oyuna çıxıblar və 3 gün sonra Premyer Liqada "Vest-Hem" ilə çətin oyunları var. "Şerif" də öz növbəsində yəqin ki, müdafiədən oyanayacaq və bu müdafiəni yarmaq çətin olacaq.

İkinci mərcimiz - 3,5 ALT (1.75)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab – 2:0 (5.20)

“Mançester Yunayted”in son 5 qələbəsindən 2-si bu hesabla bitib.

Mançester Yunayted ikinci hissədə qol vuracaq – 1.17

“Mançester Yunayted”in son iki oyununda belə mərc uğurlu alınıb

"Şerif" qol vurmayacaq – 1.41

Turnirin son üç oyununda “Şerif” qol vurmayıb