ABŞ-ın Kentukki ştatının sakini Keti Beyli fal üçün nəzərdə tutulan peçenyelərdən götürdüyü rəqəmləri kombinasiya edərək lotereyada böyük məbləğ udub.
Index.az xəbər verir ki, Ketinin sözlərinə görə, ideya təsadüfən yaranıb: o, qızına çıxan falda çap olunmuş rəqəmlərlə oynamağa qərar verib. Uduş haqqında bildiriş onun üçün tam gözlənilməz olub - noutbukun ekranında açılan pəncərə 50 min dollar məbləğində mükafat haqqında məlumat verib.
"Bunu həzm etmək çox çətin idi, sayıqlamadığımdan əmin olmaq üçün iki dəfə yoxlamalı oldum", - o bildirib.
Beylinin sözlərinə görə, uduş çox yerinə düşüb. Belə ki, onun əri dekabrda təqaüdə çıxmağa hazırlaşır və bu pullar ailə büdcəsini möhkəmləndirməyə kömək edəcək.
Lotereyada 50 min udmaq istəyənlər üçün ipucu - REAL HADİSƏ
2025-07-04 02:41
Oxşar xəbərlər
Sabah bu qəsəbədə qaz kəsiləcək - XƏBƏRDARLIQ
2025-12-09 14:45
Pensiyalar bu tarixdə ödəniləcək
2025-12-09 13:54
