Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) gündəmdə qalmaqda israrla davam edir.

İndex.az-a daxil olan məlumatda bildirilir ki, ötən gün Lənkəran ŞİH-in Hüquq şöbəsinin müdiri Emin Quliyevlə qurumun baş mütəxəssisi Anar Məmmədov içkili vəziyyətdə avtoxuliqanlıq edərkən saxlanılıb və polis bölməsinə aparılıb.

Məlumatda o da bildirilib ki, Emin Quliyev ilə Anar Məmmədov xalaoğludurlar.

Məsələyə aydınlıq gətirmək üçün İndex.az Anar Məmmədovla əlaqə saxlayıb. Məmmədov yayılmış məlumatın doğru olmadığını, hətta Emin Quliyevin spirtli içkidən uzaq olduğunu bildirib.

Məmmədov Quliyevlə arasında olan qohumluq əlaqəsini də təsdiq etdi: "Bəli qohumuq. Amma xalaoğlu deyilik. Emin Quliyev bibim oğludur".