Kürdəmir rayonunda növbəti “Aqrar Biznes” və “Bostan” festivalı keçiriləcək. 

Bu barədə İndex.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, festival iyulun 25-də saat 10:00-da Kürdəmir Rayon İcra Hakimiyyəti binasının qarşısında baş tutacaq.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək. Panel müzakirəsi saat 12:00-da Kürdəmir rayon İcra Hakimiyyəti binasında baş tutacaq