Məşhur portuqaliyalı futbolçu Kristiano Ronaldo 40 yaşında ilk futbol milyarderi olub.

İndex.az xəbər verir ki, "Bloomberg"in hesablamalarına görə, Ronaldonun sərvəti 1,4 milyard dollar civarındadır.

Ronaldonun sərvəti Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası ilə 400 milyon dollardan çox olan müqaviləsi və "Nike" və "Armani" kimi brendlərlə sponsorluq müqavilələri sayəsində artıb.

Ronaldonun sərvətinin ən böyük hissəsi isə futbolçu karyerası ərzində qazandığı maaşlardan gəlir. Bunun ən böyük payı karyerasının sonuna yaxın qoşulduğu Səudiyyə Ərəbistanı komandası olan “Əl-Nəsr”ə məxsusdur.