"Faiz dərəcələri artmağa davam edəcək".
İndex.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) sədri Kristian Laqard Avropa Parlamentində (AP) çıxış edərkən bildirib.
Laqarad qeyd edib ki, avrozonadakı inflyasiya təzyiqləri hələ də yüksək olaraq qalır. Buna görə də, AMB əsas qiymət dinamikasını azaltmaq üçün faiz dərəcələrini artırmağa davam edəcək:
"Ümumilikdə qiymət təzyiqləri güclü olaraq qalır və əsas inflyasiya hələ də yüksəkdir. Uzunmüddətli inflyasiya gözləntilərinin əksər ölçüləri hazırda 2 faiz civarında olsa da, bu tədbirlər davamlı monitorinqi təmin edir".
