Kriptovalyutaların ümumi bazar dəyəri hazırda 2,58 trilyon dollar civarındadır.

İndex.az xəbər verir ki, "Ripple"nin CEO-su Qarlinqhouzun verdiyi proqnoza görə, ilin qalan hissəsində kriptovalyutaların ümumi bazar dəyəri 5 trilyon dollara qədər yüksələcək. Bu o deməkdir ki, növbəti 8 ayda kriptovalyutaların ümumi dəyəri iki dəfə artacaq.

"Ripple"nin CEO-su, ümumi dəyərin bu il iki dəfə artacağı iddiasını iki əsas amillə əlaqələndirir.

Makroiqtisadi faktorların kripto sektoruna istiqamətli tendensiyanı dəstəkləməyə davam edəcəyini iddia edən Qarlinqhouz, yeni institusional investorların ETF vasitəsilə sektora daxil olmağa davam edəcəyini düşünür.

Bununla belə, "Bitcoin" bölünməsinin də yüksəlişə töhfə verəcəyi düşünülür.

Bred Qarlinqhauz uzun müddətdir ki, sənayedə olduqlarını və buna bənzər tendensiyaların əvvəllər də gəlib getdiyini bildirib.

Keçmiş dövrlərlə indiki dövr arasında bəzi fərqlərin olduğunu vurğulayan Qarlinqhauz, kripto dəstəkli ETF-lərin ilk dəfə olaraq real institusional investorları cəlb etməyə başladığını vurğuladı.