Bu gün saat 23:00-da Kosta Rika Almaniya ilə qarşılaşacaq. Almanlar qələbə qazana biləcəkmi? Cavabı proqnozumuzda.

KOSTA RİKA

Luis Fernando Suares Kosta Rikanın hələ də kubok uğrunda mübarizə apardığını bildirib. Bu real görünməsə də, top yuvarlaqdır. Onlar öz güclərini Yaponiya ilə oyunda göstərdilər. Kosta Rikalı futbolçuların tapşırıqları isə çox sadədir. Onlar bu gün 4 qat dünya çempionunu məğlub etməlidirlər.

ALMANİYA

Bu gün Almaniya millisi üçün mühüm gündür. 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatında qrupda qalan almanlar ya ardıcıl 2-ci dəfə qrupda qalacaqlar, ya da qələbə qaznaraq pley-offa adlayacaqlar.

PROQNOZ

Biz bu oyunda hər hansısa bir senssasiyanın baş verəcəyini düşünmürük. Fikrimizcə almanlar rahat qələbə qazanacaq.

Dəqiq hesab: 0:3 - 8.55

2014-cü ildə Dünya Çempionatının final oyununda 1:0 hesabı ilə qalib gələn Almaniya millisi 2018-ci ildə keçirilmiş DÇ-da və cari DÇ-da ümumilikdə 5 oyun keçirib və heç birində qapısını toxunulmaz saxlaya bilməyib. Bu gün bu seriya qırıla bilər.

Kosta Rika qol vurmayacaq - 1,76

Biz oyunun meydanın mərkəzində və maksimum gərgin keçəcəyinə inanırıq. Son 5 qarşılaşmanın 4-də 3-dən az qol vuruldu ki, bu oyundan da elə bunu gözləyirik.

Oyunda qol cəmi - 2.5 ALT (1.76)