Rusiya İrandakı hökuməti dəstəkləmək üçün gizli şəkildə Tehrana 2.5 milyard dollar ötürüb.
İndex.az xəbər verir ki, bu barədə “The Telegraph”da dərc olunan məqalədə deyilir.
Yazıda qeyd olunub ki, 2018-ci ildə 4 aydan çox müddətdə Rusiyanın dövlət bankı “Promsvyazbank” hər biri 57 və 115 milyon dollar həcmində olan nağd pullardan ibarət olan 34 paketi İran Mərkəzi Bankına göndərib.
Bildirilib ki, əskinasların çəkisi 5 tona yaxın olub.
“The Telegraph” Rusiya və İran arasında bu gün də oxşar proseslərin baş vermə ehtimalının olduğunu yazır.
“Nəzərə alsaq ki, İran Rusiyaya milyardlarla dollar dəyərində “Şahed-136” dronları və “Fəth-360” qısamənzilli ballistik raketləri tədarük edir”, - məqalədə qeyd olunur.
