"Kia" yeni EV4 modelinin qeyri-adi hədiyyə ilə təqdim edib.
İndex.az xəbər verir ki, elektrikli avtomobilini təhvil alan müştərilər benzin qoxusunu xatırladan xüsusi ətir əldə edəcəklər.
Finlandiyada başlanan kampaniyada bu ətir kiçik yanacaq qutularına bənzər daxili hava təravətləndiricilərində təqdim olunur.
Ətir kəhrəba, ağcaqayın qatranı və yasəmən kimi qoxularla benzin hissini yaradır. "Kia" bu hədiyyə ilə elektrik keçidinin təkcə texnoloji deyil, həm də emosional olduğunu vurğulamağı hədəfləyir.
