Rusiyanın kibertəhlükəsizlik nəhəngi "Kaspersky" Böyük Britaniyadakı ofisini bağlayır.
İndex.az xəbər verir ki, şirkət bu addımı ABŞ-da onlarla işçini işdən çıxarmağa başladıqdan cəmi üç ay sonra atıb.
Qeyd edək ki, iyun ayında Rusiya hökuməti ilə əlaqələrə dair iddialara görə, ABŞ hökuməti "Kaspersky" şirkətinin məhsullarının ABŞ bazarında satışını qadağan etdi.
Buna görə də, "Kaspersky" yeni yaradılmış "UltraAV" antivirus şirkəti ilə əməkdaşlıq edərək ABŞ müştəri bazasını yeni bir şirkətə köçürdü.
