FED rəsmiləri uçot dərəcəsini yenidən artırmağı düşünürlər.
İndex.az xəbər verir ki, FED-in Minneapolis üzrə sədri Nil Kaşkari, FED-in növbəti iclasında 25 və ya 50 baz bəndlik faiz artımına açıq olduğunu söylədi.
Bununla yanaşı Kaşkari, uçot dərəcələrinin dekabra kimi kifayət edəcəyini, lakin 5,4% səviyyəsindən yuxarı qalxmasının da lazım ola biləcəyini vurğuladı.
İş adamları ilə görüşdüyü tədbirdə danışan Kaşkari, inflyasiya məlumatlarının gözlənildiyi kimi azalmadığını nəzərə alaraq FED-in gələcək iclasında yenidən faiz artımı ilə bağlı qərar verməcəyini açıqladı.
Fed üzvləri bu ayın sonunda müvafiq faiz yolu ilə bağlı proqnozlarını təqdim edəcəklər.
