Dünya Bankı “Karbon qiymətlərinin 2024-cü il üçün vəziyyəti və tendensiyaları” hesabatını dərc edib.
İndex.az xəbər verir ki, Dünya Bankı yayımladığı hesabatda qlobal karbon qiymətlərinin müəyyən edilməsi nəticəsində əldə edilən gəlirin 2023-cü ildə rekord səviyyəyə çatdığını bildirib.
Belə ki, hesabatda qetd edilən məlumatlara görə, əldə edilən gəlir ötən il ərzində 104 milyard dollara yüksəlib.
Bununla yanaşı, hesabatda bildirilib ki, dünyada 75 karbon qiymətqoyma aləti fəaliyyət göstərir.
Toplanan gəlirin isə yarıdan çoxunun iqlim və təbiətlə bağlı proqramların maliyyələşdirilməsinə sərf edildiyi bildirilib.
