“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İndex.az xəbər verir ki, yığıncaq sentyabrın 25-də, saat 11:00-da Bankın Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə 2024-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.
