"JPMorgan" strateqlərinin fikrincə qlobal shəmlər uğrunda gedən yarış yavaşlayacaq.

İndex.az xəbər verir ki, Avropa və ABŞ-da pul təklifinin aşağı düşməsi və tərs çevrilmiş gəlir əyrisi kimi əsas göstəricilər qlobal səhmlər uğrunda gedən yarışın yavaşlayacağından xəbər verir.

Fed-in faiz dərəcəsi ilə bağlı açıqlamaları qlobal bazarlarda səhmlərlə bağlı müsbət proqnozların yayılmasına gətirib çıxartdı.

"JPMorgan" strateqləri tərəfindən hazırlanan qeyddə, iqtisadi perspektivlə bağlı çox optimist olan səhmdarların məyus ola biləcəyi göstərilir.

"JPMorgan Chase & Co." strateqlərin fikrincə, bu il FED-in faiz dərəcələrini artırması, Çinin ticarətə yenidən açılması və Avropanın enerji böhranı ilə mübarizə aparması qlobal səhmləri yüksəldib.