İsveç dronlara qarşı müdafiə sistemlərinə təxminən 367 milyon dollar ayıracaq.
İndex.az xəbər veriri ki, bu barədə ölkənin müdafiə naziri Pol Yonnson “X” şəbəkəsindəki səhifəsində paylaşım edib.
Nazirin sözlərinə görə, bu müdafiəs sistemlərinə dronların vurulması üçün silahlar, aviabazalar üçün zərbə dronları və elektron maneə yaratmaq üçün sensorlar daxildir.
"Bu, müdafiə qabiliyyətimizi əhəmiyyətli dərəcədə gücləndirəcək", – Yonnson bildirib.
Bundan əlavə, İsveç döyüş təyyarələri üçün daha çox ehtiyat hissələri və avadanlıqlar alınacaq.
"Son dövrlərdə dronların hava məkanını pozması və casusluq halları göstərir ki, hava hücumları müasir müharibənin getdikcə daha vacib hissəsinə çevrilir. Biz buna qarşı müdafiə olunmalıyıq", – nazir vurğulayıb.
