İspaniya Avtobus Nəqliyyatı Konfederasiyasının (Confebus) verdiyi məlumata görə, ölkə daxilində 80 mindən çox avtobus sürücüsünün tətilə qatıldığı bildirilib.

İndex.az xəbər verir ki, tətil səbəbindən avtobusların bölgədən asılı olaraq 20-50% arasında xidmət göstərdiyi, Madrid, Barselona və Valensiya kimi böyük şəhərlərdə ictimai nəqliyyatda ciddi problemlərin olduğu qeyd edilib.

"Blomberg HT"nin xəbərinə görə, "Confebus", razılaşma əldə edilmədiyi təqdirdə 11, 28, 29 noyabr və 5, 9 dekabr tarixlərində tətilə başlamağa qərar verdiklərini, həll olmadığı təqdirdə isə qeyri-müəyyən müddətə davam edə biləcəklərini açıqlayıb.

İspaniyada quru nəqliyyatında sürücülərin erkən pensiya tələbinin 2004-cü ildən bəri davam edən problem olduğu bilinir.