Fransanın AFP xəbər agentliyinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi dünən deyib ki, İsrailin şənbə günü ölkəsinə hücumlarına başlamazdan əvvəl "bəzi siqnallar" alıblar.
İndex.az xəbər verir ki, İsrail ordusu hücumda raket istehsal müəssisələrini, hava hücumundan müdafiə raket batareyalarını və İranın digər hava sistemlərini hədəfə alıb.
"Cümə günü günortadan sonra biz sionistlərin İrana hücum edə biləcəyinə dair siqnallar aldıq", - deyə Əraqçi jurnalistlərə bildirib. Lakin iranlı nazir bu siqnalların mahiyyətinə aydınlıq gətirməyib.
ABŞ-da yerləşən “Axios” xəbər saytı şənbə günü İsrailin “İrana mesaj göndərdiyini” və hücumdan əvvəl “qisas almaması” barədə xəbərdarlıq etdiyini bildirib.
“Axios” anonim mənbələrə istinadən xəbər verir ki, bu mesaj İsrail və İran arasında davam edən qarşılıqlı hücumları dayandırmaq və bunun daha geniş gərginliyə çevrilməsinin qarşısını almaq cəhdidir.
