İrandan Azərbaycana 24 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumatda bildirilib.
Vurğulanıb ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.
