İran “Rəqəmsal rial” üçün ilkin sınaq mərhəələrini tamamlayıb.

İndex.az xəbər verir ki, İran Mərkəzi Bankının (İMB) tədqiqat qolu olan “Pul və Bankçılıq Araşdırmaları İnstitutu” ölkənin rəqəmsal valyutası üzərində işlərin uğurla davam etdiyini bildirib.

Kriptovalyutalara isti münasibət göstərən ölkələr CBDC-yə (mərkəzi bank tərəfindən dəstəklənən valyutalar) çox vaxt sərf edirlər.

İMB-nin ödəniş sistemlərinə nəzarət ofisinin rəhbəri Məhəmməd Rza Mani Yekta bildirib ki, onlar CBDC pilotlarının əhatə dairəsini genişləndirmək istəyirlər.

Mani Yektanın sözlərinə görə, sınaqdan əvvəlki mərhələ uğurla başa çatıb və layihə tezliklə digər ekosistemlərdə də istifadəyə veriləcək.