"Societe Generale"nin baş iqtisadçısı, Böyük Britaniya və Avropa Mərkəzi Bankının (AMB) keçmiş üzvləri AMB və FED-i faiz artımlarını dayandırmağa və artımların gecikmiş təsirlərini gözləməyə çağırıblar.

İndex.az xəbər verir ki, "Societe Generale" Baş İqtisadçısı Miçala Markussen, keçmiş AMB üzvü Lukrezia Riçlin, keçmiş İngiltərə Bank üzvü Silvana Tenreyro və "Çikaqo Universiteti"nin professoru Veronika Guerreyri, qısamüddətli sıçrayış olsa belə, uçot dərəcələri ilə bağlı səbirli olmağın lazım olduğuna diqqət çəkib.

İqtisadçılar birgə hazırladıqları məqalədə bildirilir ki, iqtisadiyyatların qəbul etməli olduğu tədarük şokunun ölçüsünü və pul siyasətinin geridə qalan təsirlərini nəzərə alsaq, daha artıq sərtləşdirmənin faydaları risklərdən üstün ola bilər.

FED-in yol xəritəsi ilə bağlı fikirlərini bildirən iqtisadçılar, faiz artımının təsirlərini görmək üçün aqressiv pul siyasətinin dayandırılması lazım olduğunu bildiriblər.