"Bloomberg" iqtisadçıların Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı ilə bağlı proqnozlarını paylaşıb.

İndex.az xəbər verir ki, "Bloomberg"in araşdırmasına görə, bir çox bankların iqtisadçıları AMB-nin iyul ayına qədər faiz dərəcələrini daha iki dəfə artıracağını proqnozlaşdırırlar.

AMB, keçən cümə axşamı gecəlik depozit faizini 3,25%-ə qaldıraraq, sərtləşmə tempini yavaşlatdığı mesajını verdi.

"Bloomberg"in araşdırmasına görə, "Goldman Sachs" kimi bir çox bank AMB-nin faiz dərəcələrini daha iki dəfə 25 bənd artıraraq 3,75%-ə çatdıracağını bəyan edib.

ING və "Commerzbank" birdəfəlik faiz artımı ilə faiz dərəcəsinin 3,50%-ə enəcəyini gözlədiyi halda, "Danske Bank" AMB-nin faiz dərəcəsini 25 baz bəndi artıraraq 4%-ə yüksələcəyini proqnozlaşdırıb.