2025-ci ilin iyulun 1-nə İpoteka və Kredit Zəmanət Fondunun aktivlərinin həcmi 4.2 milyard manat, məcmu kapitalı isə 1.28 milyard manat təşkil edib. 

Index.az xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev qurumun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair təlimdə bildirib. 

Onun sözlərinə görə, Fond fəaliyyət dövrü ərzində (2005-ci ildən) bütün illəri mənfəətlə başa vurub, bu günə cəmi mənfəəti (kapital ehtiyatları) 172.1 milyon manat təşkil edib. 

Baş menecer əlavə edib ki, dövriyyədə olan istiqrazların həcmi 2 milyard 382 milyon manatdır: “2009-cu ildən bu günə qədər 982.6 milyon manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, Fond tərəfindən istiqraz sahiblərinə 312.8 milyon manat məbləğində faiz ödənişləri həyata keçirilib”.