"Apple"ın smartfon və kompüter satışları azalarkən, planşet satışları artıb.
İndex.az xəbər verir ki, 2022-ci ilin 4-cü rübündə "iPhone" satışlarının məbləği 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8% azalaraq 65,8 milyard dollara düşüb.
Eyni dövrdə "Mac" satışları 29% azalaraq 7,7 milyard dollara düşərkən, "iPad" satışları isə 30% artaraq 9,4 milyard dollara çatıb.
