“Apple” bu il yeni “iPhone” və mobil əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcək.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, son məlumatlara görə, “iOS 17” “iOS 16” tərəfindən dəstəklənən bir sıra smartfonları dəstəkləməyəcək.
“iPhone 8” və “8 Plus”, eləcə də “iPhone X” modelləri dəstəklənən qurğular siyahısından bir anda silinəcək. Yəni, bunlar 2017-ci ildə təqdim edilən modellərdir. “iOS 17”nin buraxılışı zamanı bu smartfonların altı yaşı tamam olacaq.
“iPadOS 17” həmçinin hazırda dəstəklənən planşetlər siyahısından bir neçə modeli siləcək. Söhbət “SoC A11 Bionic” və ya daha köhnə olan bütün cihazlardan gedir. Lakin “A10 Fusion” ilə altıncı və yeddinci nəsil “iPad”, həmçinin “A10X Fusion” ilə ikinci nəsil “iPad Pro” istisna olacaq.
