"Apple"in yeni modelini təqdim etməsini çox az müddət qalsa da, artıq telefonun bir çox xüsusiyyətləri istifadəçilərə məlumdur.
İndex.az xəbər verir ki, gözlənilən təqdimatdan əvvəl "iPhone 16"nın kamera dizaynını göstərən fotoşəkillərin sızdırılmasının ardından "iPhone 16 Pro"nun rəng seçimləri də ortaya çıxıb.
"Apple"in "iPhone 16 Pro" ilə yeni qızılı titan rəngini təqdim edəcəyi deyilir.
Qızıl titan rəngi qızılı qızılgül tonundan bir qədər fərqli görünəcək.
Mavi titanı əvəz edəcək bu rəngdən başqa klassik qara (daha tünd), gümüşü və boz rəng variantları da olacaq.

