"İpək Yolu Sığorta" 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, "İpək Yolu Sığorta"nın aktivləri 2023-cü il ərzində azalıb.
Belə ki, "İpək Yolu Sığorta"nın aktivləri 2023-cü ilin əvvəlinə nəzərən 447 min manat azalaraq 31.791 milyon manata enib.
Qeyd edək ki, ötən ilin əvvəlində şirkətin aktivləri 32.238 milyon manat təşkil edib.
2023-cü il ərzində "İpək Yolu Sığorta"nın sığorta haqları 16.514 milyon manat olub.
Ötən ilin əvvəlində şirkətin sığorta haqlarının 20.520 milyon manat olduğunu nəzərə alsaq, 4.006 milyon manat azalmanın olduğunu görərik.
2023-cü ildə "İpək Yolu Sığorta"nın sığorta ödənişləri 436 min manat artaraq 620 min manata yüksəlib.
Hesabat dövrünün əvvəlində bu göstərici 184 min manat olub.
2023-cü il ərzində "İpək Yolu Sığorta"nın cəmi kapital 78 min manat azalaraq 15.550 milyon manatdan 15.472 milyon manata enib.
Şirkətin nizamnamə kapitalı hesabat dövrü ərzində dəyişməyərək 14.770 milyon manat olub.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14.770 milyon manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
