"WhatsApp" istifadəçilərini təəccübləndirməyə davam edir.
İndex.az xəbər verir ki, "Instagram"dan tanış olduğumuz "Sən də əlavə et" funksiyası artıq "WhatsApp"ın status bölməsində görünəcək. "Instagram"da çox populyar olan bu xüsusiyyət istifadəçilərə müəyyən bir mövzu əsasında öz məzmunlarını əlavə etmək imkanı verir.
"Meta"nın "WhatsApp" və "Instagram" kimi platformalara gətirdiyi bu xüsusiyyət inteqrasiyaları istifadəçiləri daha çox qarşılıqlı əlaqəyə cəlb etmək üçün hazırlanır. “WhatsApp”da “Sənə də əlavə et” etiketi ilə paylaşılacaq statuslar dostlara müəyyən mövzuda foto, video və ya mətn paylaşmaq imkanı verəcək.
Məsələn, "Bu gün nə edirsən?" kimi suala cavab olaraq status yeniləməsi paylaşıla bilər. Beləliklə, istifadəçilər yalnız mesajlaşma ilə deyil, həm də statuslar paylaşmaqla daha əyləncəli ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
"İnstagram"da xüsusilə gənclər arasında populyar olan bu funksiyanın "WhatsApp"da necə qarşılanacağı maraqla gözlənilir. “WhatsApp” ümumiyyətlə mesajlaşma məqsədi ilə istifadə edildiyindən və hətta status paylaşma xüsusiyyəti belə çox diqqət çəkmədiyindən bu kimi funksiyaların istifadə edilib-edilməyəcəyi maraq doğurur. Bununla belə, "Meta" platformalar arasında xüsusiyyətləri paylaşaraq bütün tətbiqlərini daha istifadəçi dostu etməyi hədəfləyir.
