Bu gün saat 23:00-da DÇ-nın 1/8 final mərhələsində İngiltərə Seneqal ilə qarşılaşacaq. Mərhələni hansı milli adlayacaq? Cavabı proqnozumuzda.
İNGİLTƏRƏ
56 ildir ki, İngiltərə millisi beynəlxalq turnirlərdə uğura həsrətdir. İngiltərə millisi öz qrupunu lider tamamlayaraq pley-offa vəsiqə qazandı. Onlar qrup oyunlarında 9 qol vurmağı bacarıblar. Bu isə mundiallar tarixində ən yaxşı 2-ci göstəricidir.
İngiltərə Uels ilə oyunda Dünya Çempionatlarında 100-cü qolunu vurub. Sautqeytin komandası nizam-intizamlıdır. Lakin bu gün onların rəqibi olan Seneqalında çətin komanda olduğunu bildirməliyik.
SENEQAL
Qruplarda ilk turda yaxşı oyun göstərməyinə baxmayaraq Niderlanda uduzan afrikalılar sonrakı iki turda Qətər və Ekvador millilərini məğlub edərək pley-offa vəsiqə əldə etdilər. Bu gün onlar güclü İngiltərə qarşısında uğurlu oyun göstərib tur adlamağa çalışacaqlar. 2002-ci ildən sonra ilk dəfə bu mərhələdə meydana çıxan Aliou Sissenin komandası sonuncu dəfə 20 il əvvəl Aliou Sissenin kapitanlığı ilə 1/8 finalda iştirak ediblər.
Bu gün sarı kart limitini keçən Kuyate və Guye oynamayacaq.
PROQNOZ
Bu görüşdə İngiltərə yığmasına üstünlük verəcəyik. İnanırıq ki, baş məşqçinin istedadı və əla oyunçu seçimi Afrika komandasını mundialdan kənarlaşdıracaq, İngilis futbolçuların keyfiyyəti və təcrübəsi onları seneqallılardan üstün edir.
Bizim ilk proqnozumuz İngiltərə üçün Asiya handikapıdır (-1) - 2.12
Güman edirik ki, bu oyunda bizi hər iki tərəfdən bol hücumlar gözləyir, Qaret Sautqeytin komandası tək müdafiədə deyil, həm də hücumda daha istedadlı oyunçulara sahibdir. Üstəlik, Marcus Raşfordun Bobbi Çarltondan sonra İngiltərə üçün DÇ-da 3 qol vuran ilk Mançester Yunayted oyunçusu olması onları daha da həvəsləndirir.
İkinci mərcimiz İngiltərənin 2 qolla qələbəsidir - 4.50
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 3:1 - 18.70
İngiltərə ilk hissədə qol vuracaq - 1.68
2-ci hissə qol cəmi - 1.5 ÜST (2.06)
