Bu gün saat 23:00-da İngiltərə millisi Fransa ilə qarşılaşacaq. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.
İNGİLTƏRƏ
İngiltərə millisi bu tura qədər məğlub olmayıb və rəqib qapılarına 9 qol vurmağı bacarıb. Onlar keçirdikləri 4 oyunda 3 dəfə qələbə qazanıb 1 dəfə isə heç-heçə ediblər. İngilislər 1/8 final mərhələsində Seneqal millisi ilə qarşılaşdı. Oyunda hər cəhətdən üstün olan İngiltərə 3:0 hesablı qələbəyə sevindi.
FRANSA
Qrup mərhələsində fransızlar 2 dəfə qələbə qazanıb 6 xalla qrupu lider başa vurdular. Onların qrupdakı yeganə məğlubiyyəti Tunis millisinə qarşı oldu.
1/8 final mərhələsində Fransa Polşa ilə qarşılaşdı. Mbappe və Jirunun qolları ilə fıransızlar rahat qələbə qazandılar. Kilian əla formadadır.
Buna baxmayaraq bəzi mənbələrdə Mbappenin xəstə olduğu və çərşənbə axşamı məşqlərdə iştirak etmədiyi xəbərləri yayılıb. Onun yoxluğu Fransa üçün yaxşı olmaz. Benzema və Kantedən sonra Deşam Mbappeni itirmək istəməz.
PROQNOZ
Didye Deşam hələ də titulunu qoruyub saxlamaq niyyətindədir. Onların əsas məqsədi ardıcıl olaraq 2-ci dəfə kuboka yiyələnməkdir. Bu gün müdafiə ön planda olacaq. Oyunun taleyini müdafiədəki səhvlər həll edə bilər. Biz bu oyunda maksimum 2 qol olacağına inanırıq
Bizim ilk proqnozumuz - 2.5 ALT (1,98)
Fikrimizcə, bu mərhələdə komandalar çox risq etməyəcək. Bu isə sonda oyunun penaltilər seriyasına qədədər uzanmasına gətirib çıxara bilər. Biz oyunun əsas vaxtının heç-heçə bitəcəyini gözləyirik.
İkinci proqnozumuz heç-heçədir - 3.36
BUKMEKERLƏR NƏ DEYİR
Dəqiq hesab: 1:1 - 7.70
İngiltərə 1-ci hissədə qol vuracaq - 1.98
2-ci hissə qol cəmi - 1.5 ALT (2.06)
