Milyarder iş adamı İlon Maskın ən böyük səhvlərindən birinin dünyanın ən məşhur mikrobloq platforması X olduğu ortaya çıxdı.
İndex.az xəbər verir ki, 44 milyard dollara alınan platformanın dəyəri 2024-cü ilin avqust ayının sonu etibarilə 78,7% azalıb.
X haqqında yeni hesabatı hazırlayan "Fidelity" adlı investisiya şirkətidir. X-in sərmayəçiləri arasında olan şirkət 19,66 milyon dollar vəsait təmin edib. Hazırlanmış hesabata görə, "Fidelity" indi bu investisiyanın dəyərini 4,18 milyon dollar olaraq qiymətləndirir.
"Fidelity" tərəfindən paylaşılan məlumatların 78,7% azalması, sadə riyaziyyatla X-in xalis sərvətinin 9,4 milyard dollara qədər azaldığını ortaya qoyur. Başqa sözlə, İlon Maskın 44 milyard dollarlıq sərmayəsi bu gün onun dörddə birinə belə dəyməz.
Nə Elon Musk, nə də X rəhbərliyi mövzu ilə bağlı heç bir açıqlama verməyib. Bununla belə, X-in günü-gündən azalması platformanın çox ciddi problemlərlə üzləşdiyinin əyani göstəricisidir.
