İlon Maskın “Tesla” şirkəti müştərilərə məhdud tirajla təklif olunacaq “GigaBier” pivə markasını təqdim edib.
İndex.az xəbər verir ki, bu barədə “Gadget Tendency” portalı məlumat yayıb.
“GigaBier” pivəsinin şüşəsi şirkətin futuristik elektrik yük maşını olan “Cybertruck” üslubunda hazırlanıb. İçki 89 avroya 0,3 ml-lik üç şüşə ilə qutuda satılır.
Qeyd olunur ki, pivə Berlində bişirilib və sitrus, berqamot və şirin meyvə notlarına malikdir.
Qeyd edək ki, əvvəllər də İlon Mask öz şirkətlərinin brendi altında məhdud sayda müxtəlif mallar da istehsal edirdi. Məsələn, milyarder odsaçan, yandırılmış saç qoxusu olan odekolonları, kiber fit və tekila satırdı.
Bundan əlavə, 2017-ci ildə Mask “Twitter” profilindəki peşəsini müvəqqəti olaraq "baş geyimləri satıcısı" olaraq dəyişdirərək papaqlar satdı.
