İlon Mask "Twitter"ə əvəzləyici tapmağı planlaşdırdığını bildirib.
İndex.az xəbər verir ki, Dubayda keçirilən konfransda çıxış edən Mask "Twitter"i sabitləşdirmək və maliyyə cəhətdən daha möhkəm təməl üzərində qurmaq istədiyini dilə gətirib.
Maskın sözlərinə görə, işlər qaydasında getsə ilin sonuna doğru yeni menecer tapmaq niyyətindədir.
Keçən il "Twitter"i satın alan İlon Maskın şirkəti nə vaxt və kimə təhvil verəcəyi maraq doğururdu. Hərdən onun yerinə axmaq axtardığına dair zarafatlar etsə də, Maskın əsl planı üzə çıxıb.
İlon Mask şirkəti startap olaraq görür və görüləcək çox iş olduğunu düşünür. Həftənin yeddi günü cəmi 6 saat yuxu ilə 80 saat çalışdığını bildirən Mask, enerjisini şirkət üçün sərf etdiyini bildirir.
