ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Mask ABŞ Mərkəzi Bankına (FED) nəzarət edə biləcəklərini açıqlayıb.

İndex.az xəbər verir ki, jurnalistlər İlon Maska FED-i yoxlayacaqları barədə sual veriblər.

Mask jurnalistlərin bu sualına cavab olaraq bildirib ki, onların FED-i yoxlamaq planları var.

Qiymətli metalların saxlandığı Fort Knoxda qızıl ehtiyatlarının yoxlanılması ilə bağlı açıqlamalarını təkrarlayan Mask, buradakı qızılların Amerika xalqına aid olduğunu vurğulayıb.

Mask qeyd edib ki, bəzi şeyləri bir az da çətinləşdirərək, milyardlarla dollara qənaət edə bilərlər.